Elektron Kitabxana Mərkəzinin fəaliyyəti təkmilləşdirilir Sentyabr 15, 2015 | 03:53 / Mühüm hadisələr

Elektron Kitabxana Mərkəzi institut əməkdaşlarının fəaliyyətinin səmərəliliyi və məhsuldarlığının artırılmasına xidmət edirBu fikirləri AMEA İnformasiya Texnologiyaları İnstitutunun Elmi şurasının iclasında institutun şöbə müdiri Mədinə Səidova səsləndirdi. Elektron Kitabxana Mərkəzinin fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində görülmüş işlər haqqında məlumat verən şöbə müdiri mərkəzin 4 dekabr 2014-cü il tarixdə AMEA prezidenti, akademik Akif Əlizadənin iştirakı ilə rəsmi açılış mərasiminin keçirildiyini xatırlatdı.

Bildirdi ki, müasir standartlara cavab verən və ən yeni texniki avadanlıqlarla təchiz olunmuş mərkəzdə kitabxananın təhlükəsizliyinin təmin olunması, resursların identifikasiyası, oxucuların özünəxidməti həyata keçirə bilməsi üçün 3M texnologiyasından istifadə olunur.

Onun sözlərinə görə, burada sifarişlərin idarə olunması, oxuculara xidmətin həyata keçirilməsi, müxtəlif tərkibli hesabatların hazırlanması məqsədilə Avropanın bir sıra ali məktəb və elmi təşkilatlarında uğurla istifadə olunan “Exlibris” şirkətinin Alephino Kitabxana İdarəetmə Sistemi tətbiq olunur. Resursların təsnifatı və predmetləşdirilməsi ABŞ Konqres Kitabxanasının təsnifat sistemi ilə həyata keçirilir.

Hazırda kitabxanada RFİD çiplərdən istifadə olunduğunu diqqətə çatdıran M.Səidova burada kitab sifarişinin “Alephino Acqusition” bölməsindən avtomatik həyata keçirildiyini vurğuladı. Qeyd etdi ki, “İEEE”, “ACM”, “Oxford English Dictionary Online”, “Oxford Reference Online”, “Royal Society Journals Collection” və s. kimi rəqəmsal elmi bazalara mövcud çıxış imkanlarının daha da təkmilləşdirilməsi istiqamətində tədbirlər görülür.

Mərkəzdə Bibliometriya sektorunun yaradıldığını önə çəkən M.Səidova bildirdi ki, institutun 13 saylı şöbəsi ilə bu istiqamətdə birgə tədqiqatlar aparılır. Qeyd etdi ki, mərkəzdə aparılan elmi araşdırmaları əks etdirən 6 ekspress-informasiya işıq üzü görüb.

Tədbirdə, həmçinin mərkəzin fəaliyyətini əks etdirən təqdimat nümayiş olundu. 

Sonda müzakirələr aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı