İnstitut əməkdaşlarının məqaləsi impakt faktorlu jurnalda dərc olunub Sentyabr 03, 2015 | 09:15 / Mühüm hadisələr

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika elmləri doktoru Ramiz Alıquliyev və Nicat İsazadənin “An unsupervised approach to generating generic summaries of documents” (“Sənədlərin icmal referatlarının yaradılması üçün yanaşma”) adlı məqaləsi “Applied Soft Computing” (impakt faktor: 2.810) jurnalında dərc olunub. Qeyd edək ki, “Applied Soft Computing” dərgisi Soft Computing üzrə Beynəlxalq Federasiyanın rəsmi jurnalıdır.

Məqalədə sənədlərin icmal referatının avtomatik yaradılması üçün optimallaşma metodlarına əsaslanan yanaşma təklif olunub. Yanaşma Bul proqramlaşdırma məsələsi kimi modelləşdirilib. Bu model referatlaşma üçün mühüm əhəmiyyət kəsb edən üç xüsusiyyəti – relevantlıq, izafilik və referatın həcmini optimallaşdırmağa imkan verir. Təklif olunan optimallaşma məsələsinin həlli üçün diferensial təkamül alqoritmi işlənmişdir.

Jurnal aşağıdakı elmmetrik göstəricilərə malikdir: 

 SNIP=2.729 (Source Normalized Impact Per Paper)

 SJR=2.220

 IF=2.810

 5 illik IF=3.222

 h=66 (hirş indeksi)

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı