Çində 3 saat ərzində villa inşa edilir İyul 28, 2015 | 02:13 / Maraqlı məlumatlar

İyul ayında Çinin “ZhuoDa group” adlı şirkəti cəmi bir neçə saat ərzində bina inşa edən modulyar texnologiyanı nümayiş etdirib.

3 saat ərzində “International Exhibition Center Plaza” sərgi mərkəzində ikimərtəbəli villa, Sian şəhərində isə bir analoji ev tikilib.

3d-conf.kz saytının məlumatına əsasən, bina su boruları, santexnika qurğuları və daxili işləmələrlə birlikdə şirkətin ərazisində inşa edilir. Sonra qismən hazır olan ev inşaat meydançasına aparılır. Divarların çapı üçün məxfi materialdan istifadə olunur.

Bu kimi evlərin yekun qiyməti digərləri ilə müqayisədə daha münasibdir, çünki nəqliyyat, tikinti materialları və texnikaya vəsait ödəməyə ehtiyac yoxdur. Ev 9 bal gücündə zəlzələyə, rütubət və oda davamlıdır.

Hazırda 40 dövlət layihəsi üzrə müqavilə imzalamış istehsalçı yeni material üçün 22 patentə malikdir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı