Akademik Rasim Əliquliyev ACM-in əməkdar üzvü seçilmişdir İyul 21, 2015 | 03:39 / Mühüm hadisələr

AMEA-nın akademik-katibi, AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev ACM-in (Association for Computing Machinery – Hesablama Texnikası Assosiasiyası) əməkdar üzvü seçilmişdir. ACM-in üzvlərinin 25 faizini təşkil edən əməkdar üzvlüyə iş təcrübəsi ən azı 10 il olan, yüksək elmi nailiyyətləri ilə seçilən, davamlı Peşəkar Üzvlüyü 5 il təşkil edən üzvlər seçilir.

Qeyd edək ki, 1947-ci ildə əsası qoyulmuş ACM kompüter mühəndisliyi, kompüter elmləri üzrə mütəxəssisləri birləşdirən, hesablama texnologiyalarının inkişafına dəstək verən, İKT üzrə mütəxəssislərin formalaşmasına yardımçı olan dünyanın ən böyük elm və təhsil cəmiyyəti hesab olunur. ACM cəmiyyət üzvlərinə kollektiv fikir yürütmək, məlumatları paylaşmaq, mühüm problemləri araşdırmaq, idarəçilik kimi qabiliyyətləri aşılayır, cəmiyyət üzvlərinin şəxsi inkişafına, uğurlu karyera qurmasına dəstək olur, professional şəbəkə imkanları təmin etməklə üzvlərinin özünüinkişafına şərait yaradır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı