“Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekpress-informasiya işıq üzü görüb İyul 21, 2015 | 02:00 / Yeni nəşrlər

AMEA İnformasiya Texnologiyaları İnstitutunda (İTİ) “Terminoloji informatika: formalaşma mərhələləri və inkişaf istiqamətləri” adlı ekspress-informasiya işıq üzü görüb. Ekspress-informasiyanın müəllifləri AMEA-nın akademik-katibi, İTİ-nin direktoru, akademik Rasim Əliquliyev və institutun sektor müdiri Əfruz Qurbanova, elmi redaktoru texnika üzrə fəlsəfə doktoru, dosent Zərifə Cəbrayılovadır.

“İnformasiya Texnologiyaları” nəşriyyatında çapdan çıxmış ekspress-informasiyada müasir dövrdə terminologiya fəaliyyətinin rolu və əhəmiyyəti, bu sahədə mövcud xarici təcrübə araşdırılmış, Terminologiya üzrə Beynəlxalq İnformasiya Mərkəzinin fəaliyyəti və beynəlxalq standartlar təhlil edilmişdir. Bu standartlarda terminologiyanın müxtəlif problemlərini əhatə edən bir sıra məsələlərin əhəmiyyəti və onların tətbiqinin zəruriliyi qeyd olunmuşdur. Azərbaycanda terminologiya üzrə milli standartların işlənməsinin vacibliyi əsaslandırılmışdır.

Tədqiqat işində terminoloji informatika sahəsində aparılan tədqiqatların müasir vəziyyəti və onların müqayisəli təhlili verilmiş, terminoloji biliklər bazasının yaradılması imkanları analiz edilmişdir.

İnformasiya Texnologiyaları İnstitutunun Elmi Şurasının qərarı ilə çapa tövsiyə olunmuş ekspress-informasiyada Azərbaycanda terminologiya fəaliyyətinə informasiya-kommunikasiya texnologiyaları mövqeyindən yanaşmanın zəruriliyi əsaslandırılmışdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı