“Google” fotoşəkillərdəki qidanın kalorisini təyin edəcək İyun 22, 2015 | 09:31 / Texnoloji yeniliklər

Müasir dövrdə minlərlə insan sosial şəbəkədə məsələn, səhər qəbul etdiyi qidanın fotoşəkillərini paylaşır. “Google” şirkəti isə bundan istifadə etmək qərarına gəlib. Belə ki, şirkətin mütəxəssisləri “Im2Calories” layihəsi üzərində işləyirlər ki, bu proqram qidanın əks olunduğu fotoşəkillərdəki kalorinin hesablanması üçün nəzərdə tutulub.   

Mütəxəssislərin sözlərinə görə, proqram insanlara düzgün qidalanmağı öyrədəcək. Bəzən elə olur ki, kalorinin hesablanmasına çox vaxt sərf olunur. Kalorinin avtomatik müəyyən olunması isə insanların həyatını asanlaşdıracaq amillərdən biridir. Fotoşəkillərin skan edilməsi gizli rejimdə aparılacaq.

meddaily.ru saytının bildirdiyinə görə,  proqramın nə vaxt hazır olacağı hələ ki, məlum deyil. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı