Hüseyn Cavidin Ev Muzeyinin saytı NETTY – Milli İnternet Müsabiqəsinin qalibi olub May 25, 2015 | 11:59 / Mühüm hadisələr

AR Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, eləcə də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə keçirilən ənənəvi NETTY – Milli İnternet Müsabiqəsinə may ayının 20-də yekun vurulub.

Əvvəlcə İKT ekspertləri tərəfindən respublikamızın 350 İnternet resursu arasından 30 sayt əsas mükafata namizəd olaraq müəyyənləşdirilib.

Daha sonra NETTY Akademiyasının üzvlərinin yekun qərarı ilə nominant saytlar arasından qaliblər seçilib. AMEA H.Cavidin Ev Muzeyinin www.huseyncavid.com saytı müsabiqənin “Mədəniyyət və İncəsənət” nominasiyasında “İlin ən yaxşı veb resursu” seçilib.

“Park İnn” otelində baş tutan mərasimdə mükafatı muzeyin əməkdaşlarına təqdim edən Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə bütün cavidsevərləri bu münasibətlə təbrik edib, saytın gələcək inkişaf istiqamətləri ilə bağlı tövsiyələrini səsləndirib.

Qeyd edək ki, H.Cavidin Ev Muzeyi Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları arasında NETTY – Milli İnternet Mükafatına layiq görülmüş ilk elmi müəssisədir. 2004-cü ildən keçirilən müsabiqənin münsiflər heyətində ölkəmizin tanınmış elm və mədəniyyət xadimləri, o cümlədən AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, Rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə və digərləri yer alır.

İndiyədək İKT sahəsindəki bu ali mükafata AR SəhiyyəVergilərDaxili İşlər, Mədəniyyət və Turizm, Fövqəladə Hallar nazirliklərinin, ASAN xidmətMilli Olimpiya KomitəsiAzərbaycan Gimnastika FederasiyasıTələbə Qəbul üzrə Dövlət Komissiyasının və digər qurumların saytları layiq görülüb. İnformasiya texnologiyaları sahəsində peşəkar müsabiqə olan NETTY mütəxəssislər tərəfindən milli veb proqramlaşdırma sahəsinin obyektiv qiymətləndirmə mexanizmi kimi səciyyələndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı