“Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransı işini başa çatdırdı Dekabr 04, 2014 | 06:00 3300

Bu gün AMEA İnformasiya Texnologiyaları İnstitutunda “Elektron dövlət quruculuğu problemləri” mövzusunda I Respublika elmi-praktiki konfransının bağlanış mərasimi keçirildi. Tədbirin seksiya iclaslarının sədrləri çıxış edərək konfransın geniş fikir, bilik və təcrübə mübadiləsinin aparılması, bu sahədə mövcud problemlərin həlli üçün yeni imkanların yaranması baxımından mühüm əhəmiyyət kəsb etdiyini bildirdilər.

AMEA İnformasiya Texnologiyaları İnstitutunun direktoru, AMEA-nın akademik katibi, akademik Rasim Əliquliyev seksiya iclaslarında təqdim olunmuş məruzələri yüksək qiymətləndirdi. E-dövlətin intellektuallaşdırılması konsepsiyası, elektron vətəndaş problemləri,  e-dövlət mühitində dövlət sirrinin təhlükəsizliyi, e-dövlətin formalaşdırılması layihələrinin idarə edilməsi, e-dövlət mühitində vətəndaş - dövlət münasibətlərinin tənzimlənməsi, e-dövlət mühitində e-sosial siyasət məsələləri, vikinomika konsepsiyasının elektron dövlət idarəçiliyində tətbiqi, e-dövlətdə informasiya müharibəsi modelləri, e-dövlət quruculuğunda bulud texnologiyalarının imkanları və problemləri və s. sahələrdə problemlərin həlli ilə bağlı aparılan elmi-tədqiqatlarda mühüm elmi və innovativ nəticələrin əldə olunduğunu bildirdi. Akademik e-dövlət quruculuğu problemlərinə həsr olunan konfransın elektron dövlətin elmi-praktiki problemlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə etdi.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı