A
A
A
San serif
Serif
Azərbaycan Respublikasında seçki sisteminin təkmilləşdirilməsi, onun İnformasiya tə"minatının müasir tələblər səviyyəsində qurulması və seçki prosessində aşkarlığın və şəffaflığın tə"min olunması məqsədilə qərara alıram: 1. Azərbaycan Respublikasında Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sistemi yaradılsın. 2. Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına təklif edilsin ki, bir ay müddətində: - Sistemin fəaliyyətini təşkil etmək üçün öz nəzdində İnformasiya Mərkəzi yaratsın; - Sistemə aid tələbləri və ondan istifadə qaydalarını müəyyən etsin; - Sistemin daxilində informasiya mübadiləsi və mühafizəsini tə"min etmək üçün müvafiq İcra hakimiyyəti orqanları ilə birgə zəruri tədbirlər hazırlayıb həyata keçirsin. 3. Müvafiq şəhər və rayon icra hakimiyyəti başçılarına tapşırılsın ki, bir müddətində hər dairə seçki komissiyasına Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin proqram-texniki kompleklərinin yerləşdirilməsi üçün zəruri olan xidməti sahələri ayırsınlar. 4. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, on beş gün müddətində Dövlət Avtomatlaşdırılmış "Seçkilər" İnformasiya Sisteminin fəaliyyətini təşkil etmək üçün lazımi maliyyə vəsaitinin ayrılmasını təmin etsin. 5. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir. Heydər Əliyev, Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 3 sentyabr 2000-ci il N 528 |