Narkotikdən asılı insanlar barmaq izlərinə görə aşkar olunacaq May 22, 2015 | 04:00 / Maraqlı məlumatlar

Bundan sonra narkotik maddədən asılı insanları aşkar etmək daha asan olacaq. Belə ki, Böyük Britaniya alimləri narkotik qəbul edənləri barmaq izlərinə görə aşkar etməyə imkan verən yeni metodu nümayiş etdiriblər.

İlk əvvəl bu, kokaindən istifadəyə aiddir. Narkotik maddənin izləri barmaqların ucunda aşkar olunur ki, bunun da sayəsində polislər narkotikdən istifadə edilib-edilmədiyini yerindəcə yoxlaya biləcəklər. Bunun üçün qan analizi vermək isə daha lazım gəlməyəcək. Kokain qəbul edən insanın maddələr mübadiləsi zamanı barmaq uclarının dərisində benzoilekqonin və metilekoqonin ifraz olunur.

Bu, kokainin metabolitləridir. Göstərilən maddələrin markeri olan xüsusi məhlul barmağın uclarına çəkiləndən sonra mütəxəssislər insanın qadağan edilmiş maddəni qəbul etdiyini həmin an aşkar edə bilirlər. Hüquq-mühafizə orqanları əməkdaşları üçün narkotik maddə üzrə testi yetərli qədər tez bir vaxtda keçirmək vacib məsələdir. Əvvəllər laboratoriya analizlərinin nəticələrini  əldə etmək üçün həftələrlə gözləmək lazım gəlirdi.

Bu metodun nəticələrini dəyişmək isə mümkün deyil. Narkotik qəbul edən insanların barmaqlarının uclarında bu maddələrin izləri həftələrlə qalır. globalscience.ru saytının bildirdiyinə görə, bu metod yetərli qədər sadədir və nəticənin əldə olunması üçün çox vaxt tələb etmir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı