Düşüncə gücü ilə idarə olunan süni protez təqdim olunub May 22, 2015 | 11:48 / Maraqlı məlumatlar

İslandiyanın protez istehsalı üzrə ixtisaslaşmış “Ossur” şirkətinin nümayəndələri şirkətin düşüncə güçü ilə idarə olunan süni protez hazırlaması haqqında məlumat verib. “Proprio Foot” süni protezləri Kopenhagendə keçirilmiş mətbuat konfransında nümayiş etdirilərək qurğunun əsasını “Implanted MyoElectric Sensor” (“IMES”) texnologiyası təşkil etdiyi bildirilib. tech.onliner.by saytının məlumatına görə, xüsusi ötürücülərdən istifadə motorlu protezin həqiqi ayaq altı kimi işləməsinə imkan verir.

Ötürücülər xəstənin əzələ toxumasına implantasiya edilir və protezin quraşdırılması əməliyyatı 15 dəqiqə çəkir. Ötürücülərin enerji təchizatı protezdə yerləşdirilmiş kiçik maqnit rulonlar hesabına həyata keçirilir.

Şirkətin nümayəndələri yaxın gələcəkdə protezlərin daha təkmilləşdirilmiş modellərini hazırlamağa imkan verəcəyi üçün yeni ixtiranı bu sahədə inqilab hesab edirlər.

Qeyd edək ki, “Proprio Foot” süni protezinin 3-5 il sonra satışa çıxarılması nəzərdə tutulur. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı