Alimlər BMT-yə müraciət edib May 14, 2015 | 10:22 / Maraqlı məlumatlar

"İnsanları smartfonların zərərli şüalanmasından qorumaq lazımdır"

Bu həftənin əvvəlində 200-ə yaxın alim Birləşmiş Millətlər Təşkilatına (BMT) mobil telefon, noutbuk, planşet və digər simsiz qurğuların elektromaqnit şüalanmasından qorunmaq üçün normativ qaydaların qəbul edilməsi ilə bağlı müraciət ünvanlayıb. Bu haqda hi-news.ru saytı bildirib.

Kolumbiya Universiteti Tibb Mərkəzinin mütəxəssisi Martin Blank şüalandırıcı qurğuların orqanizmin canlı hüceyrələrini zədələyərək əksər insanlarda vaxtsız ölümə səbəb olduğunu deyib. Mobil rabitə qüllələrinin evləri şüalanma ilə əhatə etdiyini söyləyən alim bildirib: “Bizi əsasən də o qorxudur ki, telekommunikasiya avadanlığı və kabellər hüceyrələrdə DNK-nı zədələyir. Əksər bioloqlar xərçəng xəstəliklərinin artmasını da elə bununla izah edir”.  

Ekspertlərin sözlərinə görə, rabitə qüllələrindən elektromaqnit şüalanmanın insan orqanizminə daimi təsiri xərçəngə, eləcə də nevroloji, kardioloji və respirator xəstəliklərə səbəb ola bilər. “Biz, hüceyrə texnologiyaları üzrə mütəxəssis kimi hüceyrələrin şüalanmaya necə reaksiya verdiyini yaxşı anlayırıq. Lakin təhlükəsizlik məsələlərini fizik, mühəndis, siyasətçi və sahibkarlar həll etdikdə, biz, ətraf mühitin çirkləndirilməsinin qarşısını almaqda aciz oluruq. Çirklənmə səviyyəsi kritik həddə çatanda isə orqanizmin və çoxlu sayda insanı yoluxduran xəstəliklərin reaksiyasını görürük”, - ekspertlər qeyd edib. 

M.Blank elektromaqnit şüalanması ilə artıq çəki, autizm və problemli doğuşlar arasında əlaqənin olduğunu da qeyd edib. Tədqiqatçı artıq şüalanmadan qorunmaq üçün mobil telefon və simsiz qurğuları istifadə olunmayan zaman söndürməyi tövsiyə edir.  

Avstraliyalı ekspert Con Tikel də eyni fikirdədir. Onun sözlərinə görə, mobil telefon və rabitə qüllələrindən şüalanma beyində xərçəngin inkişafına yol açır. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı