“Skype Translator” proqramının açıq sınaqlarına başlanılıb May 13, 2015 | 12:13 / Maraqlı məlumatlar

“Microsoft” şirkəti altı ay davam edən sınaqlardan sonra “Windows” istifadəçilərinə “Skype Translator” (real vaxt rejimində səsli zənglər və mətn mesajlarını tərcümə etməyə imkan verən proqram) quraşdırmaq imkanı verib.

ictnews elektron xəbər xidmətinin məlumatına görə, “Skype Translator” proqramının ispan və ingilis dillərinin tərcüməsinə imkan verən ilk sınaq relizi 50 min istifadəçi üçün əlçatan olub. Mayın 12-də “Microsoft” korporasiyası tərəfindən proqrama italyan və çin dilləri əlavə edilib.

“Skype Translator” mətn mesajlarını 44 müxtəlif dilə tərcümə edə və onlayn rejimdə öyrənə bilər: səsi tanımaq, nitqi təhlil etmək, istifadəçinin aksenti və tez-tez istifadə etdiyi sözlər və s.

Şirkət ilk dəfə 2012-ci ildə bu funksiyanı nümayiş etdirib.

Qeyd edək ki, yalnız “Windows” istifadəçiləri (“Windows 8” və ya “Windows 10” versiyaları) “Skype Translator” proqramının sınaq versiyasını istifadə edə bilər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı