Qiyməti yüksək olmayan SLS SinterIt 3D-printeri satışa çıxarılacaq May 08, 2015 | 05:00 / Maraqlı məlumatlar

Müasir texnologiyaların müxtəlifliyinə baxmayaraq, bəzi 3D-çap üsullarından istifadə hələ də adi istifadəçilərin büdcəsinə uyğun deyil.

Selective Laser Sintering (SLS) texnologiyası üzrə işləyən və məhsulları yüksək keyfiyyətlə hazırlamağa imkan verən 3D-printerlərin əksəriyyəti 180 min ABŞ dolları və daha yüksək qiymətə satılır. Buna görə də istifadəçilər SLS 3D-çap xidmətləri təklif edən xarici şirkətlərə müraciət edirlər. Bu xidmətləri əlçatan etmək məqsədilə “SinterIt” şirkəti öz analoqları qədər keyfiyyətli, lakin qiyməti yüksək olmayan yeni 3D-printer hazırlayır.

Dəyəri 5000 ABŞ dolları təşkil edəcək SLS SinterIt 3D-printeri gözəl korpusa malikdir. Qurğu çap prosesi zamanı müxtəlif materiallardan istifadəyə imkan verir.

İstehsalçıların fikrincə, hər bir 3D-printerin multi-zona işçi platforması ilə təchiz edilməsi SLS standartının keyfiyyətinə uyğunluğu təmin edəcək.

3d-conf.kz

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı