Samsung ağıllı çamadanlar hazırlayır May 05, 2015 | 10:00 / Maraqlı məlumatlar

“Samsung” şirkəti yük çantaları istehsal edən “Samsonite” şirkəti ilə əməkdaşlıq edərək ağıllı çamadanlar hazırlayır. Müasir çamadanlar açılması və uzaq məsafəyə aparılması haqqında xəbərdarlıq edən sistemlər və GPS izlənmə datçikləri ilə təchiz edilməklə yanaşı, sahiblərinin arxasınca müstəqil hərəkət edə biləcək.

Lakin bu çamadanlar üçün nəzərdə tutulmuş mühərriklərin böyüklüyü layihənin başa çatdırılmasına mane olur. Mütəxəssislər yeni sistemin təkmilləşdirilməsi istiqamətində işlər aparır.

tech.onliner.by saytının məlumatına görə, səyahət edənlər üçün faydalı olan bu çamadanlar öz analoqlarına nisbətən daha münasib qiymətə olacaq.

Xatırladaq ki, “Samsung” şirkəti uzun müddətdir ki, gündəlik həyatda istifadə olunan ağıllı qurğuların hazırlanması ilə məşğuldur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı