Dünyada ən böyük rəqəmsal kamera ilə təchiz olunmuş yeni teleskop hazırlanır May 01, 2015 | 04:00 / Maraqlı məlumatlar

Çilinin şimalında dünyada ən böyük, yüksək piksel sıxlığına (3,2 milyard piksel) malik rəqəmsal kamera ilə təchiz olunmuş “Large Synoptic Survey Telescope”u (LSST) üçün meydançanın tikintisinə başlanılıb.

Yeni kamera sayəsində astronomlar kainatın genişlənməsi prosesi haqqında daha ətraflı məlumat əldə edəcək. Bu isə, kainatın genişlənməsinin sürətlənməsinə səbəb olduğu ehtimal olunan qaranlıq enerjinin təbiəti haqqında ilkin informasiyaya malik olmağa imkan verəcək.

dailytechinfo.org saytının məlumatına görə, LSST teleskopunun 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tutulur. Teleskop 2022-ci ildən başlayaraq on il ərzində dəniz səviyyəsindən 2,7 km hündürlükdə, gecələr bütün səmanı fasiləsiz olaraq və yüksək sürətlə müşahidə edəcək. Onun rəqəmsal kamerası ilə əldə olunmuş şəkillər və spektroqrafik məlumatlar kainatın yüksək dəqiqliklə işlənmiş üçölçülü xəritəsini hazırlamağa və ondan istifadə edərək əsas kosmik obyektlərin yerdəyişmələrini izləməyə şərait yaradacaq.

Qeyd edək ki, Amerika Milli Elm Fondu, Amerika Energetika Nazirliyi və fransız tədqiqat təşkilatı olan “CNRS” bu beynəlxalq layihənin həyata keçirilməsində iştirak edir.  

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı