İnstitutun mütəxəssisləri tərəfindən hazırlanmış İnteraktiv İnformasiya Sistemi AMEA-nın illik Ümumi yığıncağında böyük maraqla qarşılanıb Aprel 30, 2015 | 03:23 / Mühüm hadisələr

Aprelin 29-da AMEA Rəyasət Heyətində keçirilmiş AMEA-nın 2014-cü ildəki elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında təşkil olunmuş sərgidə İnteraktiv İnformasiya Sistemi nümayiş olunub. AMEA İnformasiya Texnologiyaları İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış sistem sərgi iştirakçılarının böyük marağına səbəb olub.

Elektron elmin bir komponenti olan sistemin iş prinsipi iştirakçılara əyani olaraq nümayiş etdirilib.

Qeyd olunub ki, sistem 4 bölmədən ibarətdir. Bölmələrdə AMEA-nın təsisçiləri və prezidentləri, 1901-ci ildən 2014-cü ilədək Nobel mükafatına layiq görülmüş 900-ə yaxın laureat haqqında ensiklopedik informasiya öz əksini tapmışdır. Nobel mükafatı laureatlarına həsr olunmuş bölmədə illər, ölkələr və sahələr üzrə kateqoriyalar, həmçinin laureatlar haqqında ətraflı məlumat almaq üçün istinadlar yerləşdirilmişdir. “AMEA haqqında informasiya sistemi” bölməsində isə akademiya haqqında ümümi məlumat öz əksini tapmışdır.

Bildirilib ki, İnteraktiv İnformasiya Sistemi açıq sistem olduğundan burada məlumatları daim yeniləmək və yeni məlumatlar daxil etmək imkanı var.

Sistem ilə yaxından tanış olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, Prezident Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, fizika-riyaziyyat elmləri doktoru Fatma Abdullazadə, AR Rabitə və yüksək texnologiyalar naziri, akademik Əli Abbasov, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının direktorları və digərləri İnteraktiv İnformasiya Sistemini olduqca əhəmiyyətli informasiya mənbəyi kimi qiymətləndiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı