Yüksək sürətli və keyfiyyətli 3D-kamera hazırlanıb Aprel 30, 2015 | 11:00 / Maraqlı məlumatlar

ABŞ-ın Northwestern Universitetinin professoru Oliver Kossert rəhbərlik etdiyi tədqiqat qrupu ilə birlikdə qiyməti yüksək olmayan, keyfiyyətli təsvir əldə etməyə imkan verən, həmçinin istənilən şəraitdə işləmək qabiliyyətinə malik Motion Contrast 3D (MC3D) kamerasını hazırlayıb.

Əvvəlki nəsil kontrollerlər müəyyən işıq obrazlarını əks etdirərək işləyir. İxtisaslaşdırılmış alqoritmlər isə üçölçülü təsvirin hər bir pikselini hesablayır. Bu üsul kifayət qədər sürətli olsa da, skan texnologiyalarının bir lazer şüası ilə verdiyi dəqiqliyi təmin edə bilmir.

Yeni üçölçülü kamera həmin metodla yanaşı, bir lazer şüası ilə işləyən skan texnologiyasından istifadə edir. MC3D insan gözünün iş prinsipinə əsaslanaraq modelləşdirilmişdir ki, bu da yüksək sürətli və keyfiyyətli təsvirin əldə olunmasına imkan verir.

“İnsan uzun müddət eyni təsviri gördükdə neyronlar beyinə siqnal verməyi dayandırır. Müəyyən dəyişiklik olduqda isə xəbərdarlıq etməyə başlayır. Bu prinsip yeni üçölçülü kameranın yaradılması prosesində də faydalı olub”, - deyə Oliver Kossert bildirib.

MC3D-nin istehsalçılarının fikrincə, kamera yalnız əyləncə üçün deyil, elm, sənaye, ümumiyyətlə keyfiyyətli üçölçülü təsvirin tələb olunduğu hər sahədə tətbiq oluna bilər. Buraya robot texnikası, bioinformatika və bir sıra digər sahələr daxildir.

dailytechinfo.org

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı