Beyinə implant edilən mikronasos epilepsiya xəstəliyi ilə mübarizə aparmağa kömək edəcək Aprel 29, 2015 | 10:00 / Maraqlı məlumatlar

hi-news.ru saytının məlumatına əsasən, epilepsiya xəstəliyi ilə mübarizə aparmaq üçün təklif edilən yeni üsul dərmanı birbaşa beyindəki sinir hüceyrələrinə ötürməyə imkan verəcək. Dərmanın yeridilməsi üçün qıcolmalara qarşı hazırlanmış preparatı beyinin müvafiq hissələrinə ötürən mikronasosdan istifadə olunacaq.

İnsan saçından 20 dəfə nazik olan mikronasos vasitəsilə beyinə ötürülən dərmanlar hüceyrələrdə yığılaraq xəstənin qıcolmalarını tədricən azaldacaq.

Qeyd edək ki, hazırda epilepsiya ilə mübarizə aparmaq məqsədilə məhdud sayda dərmandan istifadə edilir. Onların böyük hissəsi ciddi əks təsirlərə səbəb olur. Epilepsiya xəstəliyindən əziyyət çəkən 50 milyona yaxın insanın 30 faizi isə dərmanlara reaksiya vermir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı