“Ağıllı” divar kağızları zəng etməyə imkan verəcək Aprel 27, 2015 | 12:00 / Texnoloji yeniliklər

Sinqapurun Nanyansk Texnologiya Universitetinin (NTU) alimləri evin divarlarını miniatür səs gücləndirici və mikrofon kimi rəqəmsal qurğulara çevirməyə imkan verən çap elektronikasının yeni növünü yaradıblar.

hi-news.ru saytının məlumatına əsasən, mürəkkəb elektron sxemləri istənilən səthdə çap etmək, material kimi kağız, alüminium və nazik plastik örtükdən istifadə etmək olar.

“Ağıllı” elektronikanı, hətta divar kağızının üzərində çap etmək mümkündür”, - deyə bildirən NTU-nun professoru Cozef Çanın fikrincə, yeni elektronika kompüteri yalnız səsin  köməyi ilə idarə etmək arzusunda olan yaşlı insanlar üçün daha faydalı olacaq.

Onun sözlərinə görə, divarla “danışarkən” divar insana səs gücləndiricilər vasitəsilə cavab verir. “Ağıllı” divar kağızları zəng etmək funksiyasına da malikdir.

Qeyd edək ki, yeni texnologiyanın səhiyyə və digər sahələrdə tətbiq olunması nəzərdə tutulur.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı