İtaliya şirkəti süni göz yaradır Aprel 24, 2015 | 03:01 / Maraqlı məlumatlar

Təsəvvür edin ki, gözümüz bizi əhatə edən dünyanı yalnız rəngli deyil, həm də ağ-qara şəkildə göstərir və bu, birbaşa bizim elektron cihazlara ötürülür. Və ya təsəvvür edin ki, o qədər iti görmə qabiliyyətinə maliksiniz ki, çox uzaq məsafədə belə ən xırda detalları asanlıqla ayırd edə bilirsiniz.

İtaliyanın “Mhox” tədqiqat şirkəti ümid edir ki, onun “EYE” layihəsi çərçivəsində yaradılacaq yeni süni gözlər sayəsində gələcəkdə bizim bu kimi qabiliyyətlərə malik olmağımız mümkün olacaq. Süni gözlərin istehsalı xüsusi 3D bioprinterlərdə həyata keçiriləcək.

ictnews elektron xəbər xidməti bildirir ki, sözügedən layihənin elmi fantastika kimi səslənməsinə baxmayaraq, onun 2027-ci ilin yanvarına kimi reallaşdırılması planlaşdırılır. Artıq “Mhox” şirkəti tərəfindən konsepsiya hazırlanıb.

“EYE” (Enhance Your Eye) layihəsi üç əsas aspektdən ibarətdir: “EYE Heal”, “EYE Enhance” və “EYE Advance”. İlk iki aspekt insan gözünün yeni funksiyalarla (müxtəlif vizual filtrlər, vizual təsvirin ötürülməsi imkanı, həmçinin görmə itiliyinin dəfələrlə artımı) təchizini, sonuncu aspekt isə qüsurlu göz almasının yeni süni göz protezi ilə tam əvəzlənməsini nəzərdə tutur. Bu halda hər bir aspekt insana yeni gələcək torlu qişanın forma və rəngində geniş seçim təklif edəcək.

“Mhox” şirkətinin nümayəndəsinin fikrincə, müxtəlif tipli “mürəkkəbə” malik xüsusi 3D bioprinterlər sayəsində yeni süni gözlərin istehsalı mümkün olacaq. Qeyd edək ki, bu layihə hələ ki, yalnız konseptual şəkildə mövcuddur.

“Mhox” şirkətinin əsas dizayneri Filippo Nasetti bildirib ki, yeni süni gözün insana implantasiyası göz almalarının cərrahi müdaxilə nəticəsində çıxarılması və xüsusi süni əlaqələndirici implantatın quraşdırılması ilə başlanacaq, sonuncu beyindəki optik sinirlə yeni süni gözün əzələ liflərini birləşdirəcək. Süni orqanın daha müasiri ilə tez və asan əvəzlənməsi bu implantatın əsas özəlliyi olacaq.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı