“Ağıllı” plastır unutqan xəstələrə dərman qəbulunda kömək edəcək Aprel 23, 2015 | 10:19 / Maraqlı məlumatlar

Cənubi Koreya alimləri tərəfindən hazırlanmış plastır yalnız xəstənin cari vəziyyətinə nəzarət deyil, ehtiyac olduqda onun orqanizminə lazımi miqdarda dərman yeridə bilmək xüsusiyyətinə malikdir.
hi-news.ru saytının məlumatına görə, xəstələrin təhlükəsizliyi üçün hazırlanmış “ağıllı” plastır insan orqanizminə müəyyən miqdarda dərman daxil edə bilir və orqanizmdə dərmanın konsentrasiyası optimal səviyyəyə çatdıqda dərman təchizatını dayandırır.

Plastır uzadıla bilən materialdan hazırlanmış 5 sm uzunluğunda düzbucaqlı formasındadır.

Hər şeydən əvvəl, bu plastır parkinson xəstəliyindən əziyyət çəkən insanlar üçün mükəmməl həldir. Qıcolma zamanı plastır xəstənin bədəninə az miqdarda dərman yerləşdirir, qıcolma dayanan kimi dərmanın təchizatı dayandırılır.

“Xəstələrin əksəriyyəti onların orqanizminə nəzarət edilən dərman daxil edilməsi üsulunun tərəfdarıdırlar, - deyə Seul Dövlət Universitetinin biomühəndisi Day Xyonq Kim bildirib: “Gələcəkdə plastıra simsiz rabitə funksiyasını əlavə etməyi planlaşdırırıq ki, bu da həkimlərə xəstələrin vəziyyətinə məsafədən nəzarət imkanı verəcək”.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı