Elektron mürəkkəb əsaslı rəngli divar kağızları Aprel 23, 2015 | 09:16 / Maraqlı məlumatlar

Ağıllı saatlar və ya riderlər kimi portativ qurğularda monoxrom E-Ink-ekranları görməyi vərdiş etmişik. Lakin elektron mürəkkəblərin imkanları bununla məhdudlaşmır.

E-Ink şirkəti əsasını elektron mürəkkəb texnologiyasının təşkil etdiyi rəngli divar kağızlarını təqdim edib. Bu yenilik adi divar ilə inteqrasiya edə və bu zaman verilən təsviri və ya rəngi dəyişə bilir.

hi-news.ru resursunun məlumatına görə, bu kimi divar kağızları rəssam və dizaynerlər üçün daha əlverişlidir. Belə ki, onlar öz yaradıcılıq nümunələrini əyani görə və son nəticəni asanlıqla dəyişə bilərlər. 

Bundan əlavə, elektron divar kağızlarından məişət ehtiyacları, reklam məqsədləri ilə də istifadə oluna bilər. E-kağızdan istifadə sayəsində oboylar yalnız təsvirin yenidən çəkilməsi üçün minimal enerji sərf edəcək.

Şirkətdən bildirilənə görə, bu texnologiyanın köməyilə mükəmməl vitrinlər, pəncərə və ya divarlar yaradıla bilər. 

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı