100 dollarlıq mini-kompüter təqdim edilib Aprel 22, 2015 | 09:00 / Maraqlı məlumatlar

Çinin “Pipo” şirkəti Honkonqda keçirilmiş “HKTDC” sərgisində kiçikölçülü “X8” kompüterini nümayiş etdirib.

Bu kompüter analoqlarından daxili sensor ekrana malik olması ilə fərqlənir. Eyni anda beş toxunuş dəstəkləyən 7 düymlük sensor ekranın təsvir ölçüsü 1024x600 piksel təşkil edir.

ictnews saytının məlumatına görə, “X8” kompüteri dörd “USB” port, “HDMI” və “Ethernet”, daxili dinamik və “microSD” kart rideri, həmçinin “Intel Atom” çipi, 2 Gb əməli yaddaş və 16/32 Gb daxili yaddaşla təchiz edilib. “Wi-Fi” (802.11n) və “Bluetooth 4.0” modulları ilə qoşulma dəstəklənir.

“X8” kompüterinə “Microsoft Windows 8.1 with Bing” əməliyyat sistemi quraşdırılıb. “X8” kompüteri “Android” mobil əməliyyat sistemi ilə işləyə bilir.

Cari ilin may ayında mini-kompüterin satışına başlanılacaq. Qurğunun dəyəri 100 dollardır.
 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı