İstifadəçilərin 70%-i biznes planşetini ofis proqramının olmasına görə seçir Yanvar 15, 2014 | 10:36 / Texnoloji yeniliklər

“Microsoft” korporasiyası tərəfindən keçirilən sorğuya əsasən, həm fərdi, həm də biznes istifadəçiləri arasında rəyi soruşulanların 70%-dən çoxu iş üçün planşet kompüterin seçilməsində ofis proqramlarının olmasını mühüm amil hesab edir. 

1000 potensial planşet alıcısının təxminən 75%-i ofis proqramlarını iş üçün planşetin vacib funksiyası adlandırıb. Qeyd edək ki, “Windows” əməliyyat sisteminin idarəetməsi ilə işləyən planşet istifadəçiləri “Microsoft Office” paketini ödənişli əsasda quraşdıra bilirlər. 

digit.ru saytının məlumatına görə, “Apple” şirkəti “Microsoft” korporasiyası ilə rəqabəti gücləndirərək “iWork” ofis proqramını yeni “iPhone”, “iPad” və “Mac” alıcıları üçün pulsuz edib. Öz növbəsində “Google” şirkətinin “Android” əməliyyat sistemi üçün ofis proqramları “bulud” texnologiyalı olsa da, istifadəçi sənədlərlə işləmək üçün kənar istehsalçıların oflayn proqram təminatını yükləyə bilər. 

46% potensial alıcı və biznes sahəsinin 68%-i respondenti periferiyalı qurğuların qoşulması imkanını vacib hesab edir. Sorğu iştirakçılarının təxminən yarısı qurğuların sinxronlaşdırılması (fərdi kompüter, smartfon və planşetlər), 40%-i bir neçə qeydiyyat kitabçasının yaradılması imkanına tələbatın olmasını qeyd edib. 

Bundan başqa, biznes istifadəçiləri vurğulayıblar ki, qurğular korporativ şəbəkəyə inteqrasiya imkanına malik olmalıdır. Lakin nəzərə almaq lazımdır ki, respondentlərin məhdud sayda faktlardan seçim imkanı olsa da, onlar erqonomika və dizayn kimi amilləri seçməkdən məhrum olub. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı