Taxma dırnaq kompüter “maus”unu əvəz edəcək Aprel 21, 2015 | 12:05 / Maraqlı məlumatlar

ABŞ-ın Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları barmağa taxılan kiçikölçülü simsiz “trackpad” hazırlayıblar.

“NailO” adlı prototip taxma dırnaqlara oxşayır. Qurğu əlin baş barmağına bərkidilir və şəhadət barmağının səth üzərində hərəkəti ilə idarə olunur.

hi-news.ru saytının məlumatına görə, informasiyanın daxil edilməsi üçün nəzərdə tutulmuş daşınan qurğu olan “NailO” mobil qurğulara qoşulur.

Kiçikölçülü “trackpad” jestlərin köməyi ilə telefon və ya fərdi kompüterdə müxtəlif hərəkətləri yerinə yetirməyə imkan verir və istifadəçi asanlıqla qurğunun görünüşünü dəyişdirə bilər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı