2015-ci ildə qlobal 3D-çap bazarının həcmi 56 faiz yüksələcək Aprel 16, 2015 | 10:02 / Maraqlı məlumatlar

“Canalys” analitik şirkətinin yeni tədqiqatına əsasən, 2015-ci ildə qlobal 3D-printer bazarının həcmi 56 faiz yüksələrək 5,2 milyard ABŞ dolları təşkil edəcək.

ictnews elektron xəbər xidmətinin məlumatına görə, ekspertlər hesab edirlər ki, gələcəkdə üçölçülü çap bazarı sürətlə inkişaf edəcək. Gözləntilərə görə, 3D-printer bazarının həcmi orta illik artım sürəti 44 faiz olmaqla, 2019-cu ilədək 20,2 milyard dollara çatacaq.

“Gözlənildiyi kimi, son bir neçə ildə üçölçülü printer bazarının həcmi  xeyli yüksəlib” - “Canalys” şirkətinin analitiki Co Kempton tədqiqatı şərh edir. Mütəxəssis bildirib ki, üçölçülü çap qurğularının sürəti təkmilləşdirilib, istifadə edilən materialların çeşidi genişləndirilib və yeni texnologiyalar yaradılıb.

Bundan başqa, bu bazara yiyələnmək istəyən şirkətlərin sayı xeyli çoxalıb. Yeni şirkətlərin əksəriyyəti Asiyanın payına düşür.

Yaxın beş ildə aerokosmik, avtomobil və tibbi sahələr 3D-printerlərin tətbiqi üzrə ən gəlirli sahələr olacaqlar. Analitiklər hesab edirlər ki, 3D-çapın tətbiqinə “General Electric”, “Boeing” və “BMW” kimi dünya nəhəngləri milyonlarla dollar sərmayə qoyacaqlar.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı