Çoxbilmiş panda və gələcəyin poçt qutusu Aprel 10, 2015 | 02:00 / Texnoloji yeniliklər

“Google Japan” şirkəti təkcə sevimli deyil, həm də ağıllı olan və hər bir vaxt köməyinizə gələ  biləcək fərdi köməkçini - “Google Panda”nı təqdim edib. Pandaya ürəyiniz istədiyi sualı verin və həmin dəqiqə də cavabını alın.  “Google Now” servisi sayəsində panda sizi maraqlandıran bütün suallara son dərəcə tez - cəmi 0,3 saniyəyə cavab verəcək. Oyuncaq 50 dili tanıyır. Bu isə o deməkdir ki, panda təkcə yaponlara deyil, həm də dünya üzrə bütün istifadəçilərə əlyetərlidir. 

Əksər smartfonlardan fərqli olaraq “Google Panda” təsadüfi zədələrdən mühafizə olunub. Qalın və yumşaq xəz elektron içliyin zərblə yerə dəydikdə zərər almayacağına zəmanət verir. Bundan əlavə, pandanı gəzintiyə də apara bilərsiniz. Sizin sevimli köməkçiniz həmişə yanınızda olacaq. 

hi-news.ru saytının bildirdiyinə görə, yeni fərdi köməkçi “Google Panda 5” və “Google Panda 6” ölçülərində təqdim olunub və adətən  mobil qurğulardan istifadə etməyən insanlar üçün nəzərdə tutulub.

“Google” şirkəti həm də poçt korrespondensiyası (elektron deyil, fiziki) üçün ağıllı qutu – “Smartbox”u da təqdim edib. Qurğu spamdan mühafizə olunur və alınmış məktubları avtomatik olaraq çeşidləyir. Poçt qutusu həm də ünvan üzrə qeydiyyata alınan smartfon istifadəçilərinə xəbərdarlıq da göndərir.    

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı