Dünyanın ən populyar şəxsləri Yanvar 14, 2014 | 12:11 / Texnoloji yeniliklər

“You.Gov” şirkəti tərəfindən “Times” qəzeti üçün keçirilən sorğunun nəticələrinə görə, “Microsoft” korporasiyasının təsisçisi Bill Qeytsdünyanın ən populyar insanlarından biridir. 

İkinci yeri ABŞ prezidenti Barak Obama, üçüncü yeri isə Roma Papası Fransiskini geridə qoyaraq Rusiya prezidenti Vladimir Putin tutub. 

Liderlər onluğuna Çin Xalq Respublikasının sədri Si Szinpin (6-cı yer), investor-milyarder Uorren Baffet (8-ci yer) də daxildir. Onluqda ümumilikdə dörd Hindistan nümayəndəsi yer alıb. 30 ən populyar insanın siyahısına isə bu ölkənin yeddi nümayəndəsi daxildir. 

Çində keçirilən sorğuda B.Qeytsin reytinqi Kommunist Partiyası Mərkəzi Komitəsinin sədri Si Szinpindən iki dəfə yüksək olub. 

itexpert.org.ua saytının məlumatına görə, britaniyalılar arasında dünyanın ən populyar şəxsi Stiven Hokiq seçilib. 

Sorğuda dünyanın 13 ölkəsindən (Avstraliya, Braziliya, Böyük Britaniya, Almaniya, Misir, Hindistan, İndoneziya, Çin, Nigeriya, Pakistan, Rusiya, ABŞ, Fransa) təxminən 14 min adam iştirak edib. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı