Dissertasiya şurasının növbəti iclası keçirildi Aprel 10, 2015 | 05:50 / Konfranslar, iclaslar

AMEA İnformasiya Texnologiyaları İnstitutunun nəzdindəki FD.01.231 Dissertasiya şurasının bu gün keçirilmiş iclasında 3338.01 - “Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi” ixtisasında texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Mehrdad Haşeminin “Qaz-lift prosesində optimal həllərin qurulması üçün paralel alqoritmlərin işlənməsi” və Almaz Əliyevanın “Çaylarda su ehtiyatlarının səmərəli istifadə sisteminin kompüter modelinin işlənməsi” mövzusunda dissertasiya işləri üzrə rəsmi opponentlər, aparıcı təşkilat və müdafiə tarixi təyini edildi.

İclasda texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq iddiasında olan Mehrdad Haşeminin dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru, professor Məhəmməd Əhmədov və texnika üzrə fəlsəfə doktoru Taleh Əsgərov, aparıcı təşkilat AMEA İdarəetmə Sistemləri İnstitutu təsdiq olundu. 

Digər iddiaçı Almaz Əliyevanın dissertasiya işi üzrə rəsmi opponentlər texnika üzrə elmlər doktoru Ramiz Alıquliyev və texnika üzrə fəlsəfə doktoru Lalə Kərimova, aparıcı təşkilat isə Azərbaycan Texniki Universitetiniin “Kompüter sistemləri və şəbəkələri” kafedrası təsdiq edildi. 

Hər iki dissertasiya işi üzrə müdafiə 29 may 2015-ci il tarixinə təyin olundu. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.iсt.az saytına istinad zəruridir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı