Vyetnamda piyadalara yolu keçməkdə köməklik göstərən robot yaradılıb Aprel 09, 2015 | 04:00 / Maraqlı məlumatlar

Vyetnam küçələrində nəqliyyat vasitələrinin çoxluğu və sürücülərin yol hərəkəti qaydalarına riayət etməməsi piyadalar üçün yolu keçərkən çətinliklər yaradır.

Yerli universitet tələbələri piyadalara yolu keçməyə kömək etmək məqsədilə təkərli platformada işləyən robot yaradıblar. Robot keçidlərdən birində sınaqdan keçirilib.

osp.ru saytının məlumatına əsasən, uniforma geyindirilmiş, başında dəbilqə və sağ əlində metal çubuq olan robotun hündürlüyü 2 metrdir.

Robot özünü təqdim edərək piyadaya yolu keçməkdə kömək edir və yolun qarşı tərəfində onunla vidalaşaraq geri dönür. Robotun batareyasının tutumu 50 keçid üçün kifayətdir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı