“Google” dünyanı rouminqdən xilas etmək niyyətindədir Aprel 09, 2015 | 12:28 / Maraqlı məlumatlar

“Google” şirkəti rouminq xidmətlərindən istifadə zamanı dünyanın istənilən ölkəsində eyni tariflə çalışan qlobal mobil şəbəkə operatorunun yaradılması üçün Honkonqun “Hutchison Whampoa” şirkəti ilə danışıqlar aparır.

Şirkət nümayəndələrinin bildirdiyinə görə, bu operator fəaliyyətə başlayarsa, abunəçilərin xarici ölkələrdə zənglər, ismarıclar və ya məlumatların ötürülməsinə görə əlavə ödəniş etmək problemi aradan qaldırılacaq.

“Google”-un tərəfdaşı kimi dünya telekommunikasiya bazarının liderlərindən biri - Böyük Britaniya, Honkonq, İndoneziya, Şri-lanka, İtaliya, İsveç və s. ölkələrdə şəbəkəsi olan “Hutchison Whampoa” holdinqi çıxış edir.

Danışıqlar müsbət nəticə verərsə, ən iri mobil operatorlar beynəlxalq rouminq anlayışının dəyişilməsi ilə nəticələnəcək addımlar atmağa məcbur olacaqlar.

hitech.newsru.com saytının məlumatına görə, xidmət əvvəlcə ABŞ-da əlçatan olacaq. Digər ölkələrdə ödənişsiz rouminq xidmətlərinin tətbiq olunması haqqında məlumat verilmir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı