Bir dəqiqəyə enerji toplayan akkumulyator hazırlanıb Aprel 08, 2015 | 03:12 / Maraqlı məlumatlar

Stenford Universitetinin alimləri yeni alüminium-ion batareyalar üzərində işləyirlər. cnews.ru saytının məlumatına əsasən, yeni batareyalar hazırda bütün elektronika qurğularında istifadə olunan litium-ion ilə müqayisədə partlamağa daha az meyillidir və bu batareyaların enerji ilə doldurulması prosesi bir dəqiqə çəkir. Batareya smartfona yerləşdirildikdə onu bir dəqiqə ərzində elektrik şəbəkəsindən tamamilə yükləmək mümkün olacaq.

Universitetin professoru Day Honq Yenin bildirib ki, onların hazırladığı batareya litium-ion akkumulyatoru ilə müqayisədə təxminən iki dəfə az gərginliklə təmin edir, lakin alimlər bu göstəricini artırmağı hədəfləyiblər.

Yeni batareyaların bazara çıxarılma vaxtı haqqında dəqiq məlumat verilmir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı