Smartfonlardan istifadə yuxusuzluğa səbəb olur Yanvar 13, 2014 | 11:19 / Texnoloji yeniliklər

Harvard Tibb Məktəbinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatların nəticələri göstərib ki, mobil telefon, smartfon və ya planşetlərdən istifadə yuxusuzluğun yaranmasına gətirib çıxarır. 

ABŞ-da hər il təxminən 1500 insan yol-nəqliyyat hadisəsində sükan arxasında yuxuya getmiş sürücülərin günahı üzündən həlak olur. “Yuxu bizim işimiz, ünsiyyət və ailəmizlə vaxt uğrunda rəqabət aparır. Bir çoxları üçün yuxu bu yarışda yalnız dördüncü yerdədir”, — Sleep Health fondunun sədri Devid Xilmen belə deyib. O bildirib ki, yuxu ilə bağlı problemlər piylənmə, diabet, xərçəng və ürək xəstəlikləri ilə də bağlı olur. 

gazeta.ru saytının məlumatına görə, 8-10 saat ayıq vəziyyətdən sonra insan yorulmağa başlayır. Əgər bu vaxt yatmazsa, onun orqanizmi fəal şəkildə yuxu hormonu - melatonin istehsal etməyə başlayır.

Həmçinin tədqiqatlar nəticəsində aşkar olunub ki, düz ekranlı televizorlar, enerjiyə qənaət edən işıq diodları, kompüter monitorları və smartfonların ekranları sağlamlıq üçün olduqca təhlükəlidir. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı