Cihazların “hava” vasitəsilə enerji ilə doldurulması texnologiyası kütləvi istehsala hazırdır Aprel 07, 2015 | 02:00 / Texnoloji yeniliklər

“Ossia” startapı “Cota” simsiz enerjidoldurma texnologiyası üzərində aparılan işləri başa çatdırıb, qurğunu mobil qurğu və məişət elektronikası istehsalçılarının ixtiyarına verməyə hazırdır.

Şirkətin nümayəndəsi hesab edir ki, onlar 2015-ci ilin sonunadək “Cota” qurğusunun ilk tədarükü ilə bağlı müqavilələri imzalayacaqlar.

ictnews saytının məlumatına görə, sözügedən texnologiyanın hazırlanmasına 8 il vaxt sərf olunub və ilk dəfə 2013-cü ildə nümayiş etdirilib. “Cota” enerjini hava vasitəsilə müxtəlif elektron qurğulara ötürməyə imkan verir. Bunun üçün qurğu “Wi-Fi” və “Bluetooth” standartları tərəfindən istifadə olunan diapazon tezliklərində radio dalğalardan istifadə edir.

“Cota”nın işləməsi üçün enerjidoldurulan qurğunun enerji ötürücü aparatdan 10 metr radiusda olması lazımdır.

Enerji ötürücü aparat “Cota” texnologiyasının iki komponentindən biridir. İkinci komponent olan çipseti hər bir qurğuya yerləşdirmək lazımdır ki, enerji ötürmək mümkün olsun. Qurğu kimi smartfon, planşet, noutbuk, “ağıllı” saat, “ağıllı” termostat və digər cihazlar ola bilər.

“Enerji ötürücü aparatı hər bir otağa yerləşdirmək vacib deyil. Sözügedən aparatı bir yerə yerləşdirmək lazımdır və o, evdəki bütün qurğulara enerji ötürəcək” - startapın təsisçisi Hatem Zeyn bildirib.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı