“Samsung” və “SK Telecom” 5G və “Əşyaların interneti” şəbəkələrinin təkmilləşdirilməsi üzrə birgə əməkdaşlıq edəcək Aprel 06, 2015 | 10:45 / Maraqlı məlumatlar

“Samsung” və “SK Telecom” şirkətləri qabaqcıl mobil qurğular və rabitə texnologiyalarının hazırlaması məqsədilə qarşılıqlı anlaşma haqqında müqavilə imzalayıblar.

3dnews.ru saytının məlumatına görə, şirkətlər beşinci nəsil (5G) yüksək sürətli mobil şəbəkələrin paylanmasını sürətləndirmək məqsədilə səylərini birləşdirmək niyyətindədirlər. SK Telecom və Samsung millimetrlik diapazondan istifadə edən və 7,55 Gbit/s-ə qədər sürətlə məlumatların ötürülməsinin təmin edən 5G-rabitə sistemini sınaqdan keçirirlər. Şirkətlər 2020-ci ildən yeni nəsil şəbəkələrin istismarına başlamağı planlaşdırırlar.

Bundan başqa, şirkətlərin mütəxəssisləri şəbəkəyə müxtəlif qurğuların qoşulmasını nəzərdə tutan “Əşyaların interneti” konsepsiyasının təkmilləşdirilməsi ilə məşğul olacaqlar. Samsung şirkətinin bildirdiyinə görə, 2017-ci ilə qədər şirkət məhsullarının 90 faizi internet vasitəsilə məlumat mübadiləsi imkanına malik olacaq. Beş il sonra isə Cənubi Koreya nəhənginin bütün elektron qurğuları qeyd olunan funksiyaya malik olacaq. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı