Avropalılar hansı mobil əməliyyat sisteminə üstünlük verirlər? Aprel 06, 2015 | 09:00 / Maraqlı məlumatlar

“Kantar Worldpanel ComTech” şirkətinin analitikləri smartfonlar üçün qlobal əməliyyat sistemləri (ƏS) bazarındakı vəziyyəti izləməyə davam edir.

ictnews elektron xəbər xidməti bildirir ki, Avropada yerli sakinlər tərəfindən satın alınmış smartfonların 67,6 faizi “Android” əməliyyat sistemi ilə işləyir ki, bu da ötən illə müqayisədə 2,9 faiz aşağı göstəricidir. “iOS” mobil platformasının göstəricisi, əksinə, 2,9 faiz yüksəlib. Bu, yalnız Avropanın beş ən böyük ölkəsinə (İspaniya, İtaliya, Fransa, Böyük Britaniya və Almaniya) aiddir.

Şirkətin analitiki Dominik Sanebo bildirib ki, “Samsung” şirkəti yeni “Galaxy S6” və “S6 Edge” qabaqcıl modelləri üçün tədarük kanalı hazırlayıb. 2014-cü ilin dekabrından 2015-ci ilin fevralınadək olan müddətdə “Galaxy S5” smartfonunun satış həcmi bir az yüksəlib və Avropa bazarının 8,7 faizinə yiyələnərək “iPhone 6”-dan sonra ikinci pilləni tutub.
 
“Kantar Worldpanel ComTech”in məlumatına görə, istehlakçıların 48 faizi “iPhone 6” smartfonunun etibarlılığını və konstruksiyasının möhkəmliyini qiymətləndirib, respondentlərin 44 faizini isə qurğunun dizaynı cəlb edir.

Analitiklər insanların “Windows Phone” ilə işləyən smartfonlara münasibəti haqqında məlumat verməyiblər. Bu qurğular Avropa bazarının 10,1 faizinə yiyələniblər.

“TrendForce” analitik şirkətinin qiymətləndirməsinə görə, 2014-cü ildə qlobal smartfon bazarının həcmi 1,17 milyard aparat təşkil edib ki, bu da  2013-cü il üzrə göstəricilərdən 26 faiz yüksək nəticədir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı