Çinlilər 3D-printer vasitəsilə avtomobil istehsal ediblər Mart 31, 2015 | 11:00 / Maraqlı məlumatlar

Əsasən 3D-çap texnologiyaları üzrə ixtisaslaşmış “Sanya Sihai” Çin şirkəti 1770 ABŞ dolları dəyərində olan elektriklə işləyən avtomobil istehsal edib.

dailytechinfo.org saytının məlumatına əsasən, “Tyrant Gold” adlı avtomobilin hazırlanmasına ay yarım, konstruksiya elementlərinin çap prosesinə isə cəmi beş gün sərf olunub. 40 km/saat sürətlə hərəkət edən nəqliyyat vasitəsinin bəzi hissələrində əsasən yüngül və ucuz materialdan istifadə olunub. 3,6 m uzunluğa və 1,63 m enə malik olan avtomobilin çəkisi təxminən 500 kq-dır.

Xatırladaq ki, dünyada üçölçülü çap texnologiyalarının köməyi ilə istehsal edilmiş ilk avtomobil olan “Urbee” 2013-cü ildə Amerikanın “RedEye on Demand” dizayn şirkəti və müxtəlif təyinatlı 3D-printer istehsalçısı olan “Stratsys” tərəfindən hazırlanıb. Ötən il isə “Local Motors” şirkəti “Strati” adlı avtomobil istehsal edib. Bu kimi nəqliyyat vasitələrinin ilkin qiyməti 16 min ABŞ dolları təşkil edir. Bu səbəbdən “Tyrant Gold”u əsl “xalq avtomobili” adlandırmaq olar.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı