2020-ci ilədək smartfonlar üzərindən ödənişlər kartlar üzərindən ödənişləri tam əvəz edəcək Mart 29, 2015 | 05:00 / Maraqlı məlumatlar

İnformasiya-analitik xidmətlər sahəsində fəaliyyət göstərən “Experian” şirkətinin tədqiqatına əsasən, hər üçüncü britaniyalı (rəyi soruşulmuşların 33 faizi) hesab edir ki, 2020-ci ilədək kredit və debet kartları artıq əsas ödəniş üsulu olmayacaq: smartfonlar üzərindən ödənişlər onları əvəz edəcək.
“ictnews”  elektron xəbər xidməti bildirir ki, sorğunun nəticəsinə görə, nağd pul və kartla ödəniş əvvəlki kimi üstünlük təşkil etsə də, respondentlərin fikrincə, yaxın beş ildə alternativ ödəniş üsullarından istifadə olunacaq. Respondentlərin 67 faizi hesab edir ki, yuxarıda göstərilmiş müddət ərzində nağd ödənişlərin populyarlığı azalacaq. Hər beş nəfərdən ikisi hesab edir ki, kredit və debet kartlarından istifadə azalacaq.
Smartfonlar üzərindən ödənişlərin hələ ki əsas ödəniş üsulu olmamasının əsas səbəbi fırıldaqçılıq hallarının geniş yayılmasıdır. Sorğuda iştirak edənlərin 46 faizi narahatdır ki, internet üzərindən ödəniş zamanı onların eyniləşdirmə məlumatları oğurlana bilər və smartfon sahiblərinin 60 faizi bildirib ki, qurğularında antivirus müdafiəsi quraşdırılmayıb.
Respondentlərin 14 faizi hesab edir ki, biometrik məlumatlardan istifadə adi hala çevrilə bilər, 44 faizi isə bildirib ki, biometrik skan etmə vasitəsilə ödəniş etməyə hazırdır.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı