İşıqsaçan xərçəng hüceyrələri Mart 29, 2015 | 04:03 / Maraqlı məlumatlar

Alimlərin hazırladığı yeni maddənin köməyilə ən xırda xərçəng toxumalarını belə aşkar etmək mümkündür  

Tokio Universitetindən olan tədqiqat qrupu cərrahiyyə əməliyyatı zamanı şübhəli nayihələrə yayılan fluoressensiya (işıqlanma təsiri altında bəzi cisimlərin işıqvermə xassəsi) reaktivini (başqa bir maddə ilə qarışdırıldıqda, müəyyən kimyəvi reaksiya əmələ gətirməklə, axtarılan maddənin mövcud olmasını zahirə çıxarmağa imkan verən maddə) hazırlayıb. Bu maddə xərçəng toxumalarını işıq saçmağa məcbur edir ki, bu da şişi sağlam toxumalardan ayırmağa imkan verir.

Elmi qrupun rəhbəri Yasuteru Uranonun sözlərinə görə, reaktivin özü rəngsiz, şəffafdır və lüminessent deyil. “Reaktiv xərçəng hüceyrələrində olan β-qalaktozidaza ilə reaksiyaya girdikdə isə struktur dəyişiklikləri baş verir ki, nəticədə güclü fluoressent işıq buraxır”. Alimin bildirdiyinə görə, β-qalaktozidaza üçün işlənmiş mövcud fluoressent reagentlər zəif təsirinə görə xərçəng hüceyrələrinin aşkar edilməsi üçün artıq effektiv deyil.

Yeni preparat β-qalaktozidaza ilə reaksiyaya girdikdə 1000 dəfə daha parlaq işıq buraxır ki, bu da xərçəng hüceyrələrində β-qalaktozidazanın aktivliyini aşkar etməyə imkan verir. Preparat siçanlar üzərində sınaqdan keçirilib. nauka24news.ru saytının məlumatına görə, sınaq zamanı siçanın qarın boşluğuna yumurtalığın xərçəng hüceyrələrinin müxtəlif növləri transplantasiya edilib. Hüceyrələrin buraxdığı fluoressent işıq çox parlaq olub və hətta adi gözlə də görünüb. Reagent daxil edildikdən sonra alimlər ən xırda xərçəng toxumalarını belə (1 mm-dən də kiçik) aşkar edə biliblər.  

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı