Britaniya bankı ürək döyüntüsündən şəxsiyyəti təsdiq etmək üçün istifadə edir Mart 17, 2015 | 12:35 / Maraqlı məlumatlar

Britaniyanın “Halifax” Maliyyə İnstitutu istifadəçinin unikal ürək döyüntüsünü analiz etməklə onun şəxsiyyətini təsdiq edən yeni texnologiyanı sınaqdan keçirir. 
 
“Halifax”-ın Kanadanın “Bionym” şirkəti ilə birgə hazırladığı bilərzik vasitəsilə istifadəçilər öz İnternet banklarına daxil ola biləcəklər.   

Mobil qurğulara “Bluetooth” ilə birləşən bilərzik istifadəçinin unikal elektrokardioqramını tanıyan quraşdırılmış ötürücü ilə təchiz olunub. Bununla “Halifax” bankının müştəriləri bilərzik vasitəsilə mobil qurğulardan parol və PİN kod daxil etmədən şəxsi kabinetlərinə daxil ola bilərlər.

Ötən ilin sentyabr ayında “Bionym” bilərzik üçün 10 min sifariş alıb. Hazırda şirkət “Royal Bank of Canada” və digər Kanada bankları ilə əməkdaşlıq edir.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı