Dünya üzrə 300 milyona yaxın domen qeydiyyatdan keçib Mart 17, 2015 | 10:02 / Maraqlı məlumatlar

“Verisign” şirkətinin domen sənayesinin inkişafına (Domain Name Industry Brief) dair hesabatına əsasən, 2014-cü ilin dördüncü rübündə İnternetdə dörd milyon yeni domen adı (2014-cü ilin üçüncü rübü ilə müqayisədə 1,3 faiz çox) qeydiyyatdan keçib, 31 dekabr 2014-cü ilə olan statistikaya əsasən, onların sayı 288 milyona çatıb. Dünyada domen adlarının illik artımı 16,9 milyon və ya 6,2 faiz artıb.  

itexpert.org.ua saytının məlumatına görə, 2013-cü ildə yeni domenlərin illik hesablamada artımı 18,5 milyon domen adı və ya 7,3 faiz, 2012-ci ildə isə 26,6 milyon və ya 11,8 faiz olub.

2014-cü ilin dördüncü rübündə “.COM” və “.NET” üzrə qeydiyyatdan keçənlərin ümumi bazası 130,6 milyon domen adı (.COM - 115,6 milyon, .NET - 15 milyon) təşkil edib. İl ərzində artım 2,7 faizə (8,2 milyon yeni domen) bərabər olub. Analoji artım 2013-cü ildə də müşahidə edilib. Maraqlıdır ki, 2012-2011-ci illərdə bu göstərici müvafiq olaraq 8 və 7,9 milyona bərabər olub.

Yüksəksəviyyəli 10 böyük domenlərin sayından “.TK” rüblük hesablamada 4 faizlik sürətli artım nümayiş etdirib.

2014-cü ilin dördüncü rübünün sonunda özək zonada 478 yeni domen yaranıb ki, onun da 65-i həmin ilin dördüncü rübü ərzində verilib. Yeni yüksəksəviyyəli domendə qeydiyyatların sayı 3,6 milyon və ya qeydiyyatın ümumi sayının 2,3 faizini təşkil edib.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı