Müasir İKT yenilikləri haqqında məruzə dinlənildi Mart 16, 2015 | 03:00 / Konfranslar, iclaslar

İnstitutun elmi seminarında çıxış edən şöbə müdiri Şakir Mehdiyev müasir İKT yeniliklərini iştirakçıların nəzərinə çatdırdı. O, yeni texnoloji məhsullardan olan “Google glass”ı əyani olaraq təcrübədən keçirdiyini qeyd edərək qurğunu bütün yenilikləri özündə əks etdirən müasir cihaz kimi dəyərləndirdi. Səs tanıma sistemi ilə təchiz olunmuş bir növ gizli kamera rolunu oynayan “Google glass”ın insan beyninə mənfi təsir etdiyini vurğuladı. “ARC4” layihəsi çərçivəsində bu cihaz əsasında hazırlanmış yeni eynəklərin ABŞ ordusunda istifadə olunduğunu söylədi: “Komandir eynəklər vasitəsilə əsgərlərə istənilən informasiyanı ötürə bilir ki, bu da əsgərin döyüş mənzərəsini “görmə”sinə imkan verir”.

Məruzəçi İsveç şirkətinin istehsal etdiyi düyü ölçüsündə olan çipin insanın bədəninə - dərinin altına tatu üsulu ilə implant edildiyini, və identifikasiya üçün hazırlandığını dilə gətirdi.

Şöbə müdiri 1958-ci ildə ABŞ-da yaradılmış “The Defense Advanced Research Projects Agency” (DARPA) haqqında məlumat verərək ötən il bu agentliyin beyinə implant edilən kiçik çiplər istehsal etdiyini bildirdi. Məlumatları beyinə ötürən yeni çipin hazırda siçanlar üzərində təcrübədən keçirildiyini diqqətə çatdırdı.

O, həmçinin DARPA-nın İnternetin gizli seqmentini aşkarlayan proqram təminatı hazırladığını qeyd etdi. “Memex” adlı proqram vasitəsilə insan alveri ilə məşğul olan cinayətkar qrupların aşkarlanması və bu kimi qeyri-qanuni hadisələrin qarşısının alınması mümkündür. Məruzəçinin sözlərinə görə, bəzilərinin şəxsi həyata müdaxilə kimi qiymətləndirdiyi bu proqram, hətta “Google”un daxil ola bilmədiyi məlumatları aşkar etməyə imkan verir.

Ş.Mehdiyev bildirdi ki, dəri üzərinə implant edilən bioyapışqanlı material - sensorlu “iSkin” klaviaturası vasitəsilə ismarıc göndərmək və zənglərə cavab vermək mümkündür. O, bioyapışqanın artıq sınaqdan keçirildiyini və dəriyə mənfi təsirlərinin aşkarlanmadığını vurğuladı.

Boston Biomateriallar üzrə İnnovasiya Tədqiqat Mərkəzində insanın daxili orqanlarının çip üzərində modelləşdirildiyini bildirən şöbə müdiri zərərli maddələrin insan orqanizminə təsirlərinin müəyyən olunaraq müalicə edildiyini qeyd etdi.

Məruzəçi, həmçinin bir sıra digər tibbi qadjetlər və yeni layihələr haqqında məlumat verdi. Sonda çoxsaylı suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.ict.az saytına istinad zəruridir.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı