IBM şirkəti Watson-un kommersiyalaşdırılmasına 1 milyard dollar ayırıb Yanvar 09, 2014 | 11:18 / Texnoloji yeniliklər

IBM korporasiyası öz eksperimental kompüteri olan Watson-un imkanlarından istifadə etməklə böyük və gəlirli biznes qurmağı planlaşdırır. Məqsədə çatmaq üçün şirkət 1 milyard dollar vəsait ayırıb. 

Watson IBM-in nəzdində yaradılmış və analitik fəaliyyətə yönəlmiş superkompüterdir. O, böyük həcmli məlumatları təhlil edə, biliklərin sxemlərini qura və məntiqi qiymətləndirmə ilə məşğul ola bilir. Watson ilk dəfə, 2011-ci ildə Amerikanın Jeopardy teleşousunda nümayiş etdirilmişdir. 

cybersecurity.ru saytının məlumatına görə, IBM şirkəti Watson-a qoyulmuş investisiyaların qaytarılması məqsədilə Watson Business Group adlı yeni bölmə təsis edib. Buraya müxtəlif sahələrdən 2500 proqramçı, tədqiqatçı və ekspert daxildir. 

“2011-ci ildə Watson hələ öz imkanlarını reallaşdırmağa hazır deyildi. Artıq vaxt çatıb. Biz inanırıq ki, bu böyük texnoloji sıçrayış olacaq” - IBM-in rəhbəri Virciniya Romett belə deyib. O bildirib ki, kompüter insanın şəxsi təcrübəsinə əsaslanır, lakin onun mülahizələri daha dəqiqdir. 

“Biz bu texnologiyanı yenidən işlədik və təkmilləşdirdik. Hazırda o, kifayət qədər böyükdür ki, bazasında ekosistem yaratmaq mümkün olsun", - IBM Watson-un texniki direktoru Robert Xay bu fikirləri səsləndirib. Qeyd edib ki, Watson-dan gələcəkdə bir çox sahələrdə, məsələn xəstələrə daha dəqiq diaqnoz qoymaq üçün səhiyyədə istifadə oluna bilər. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı