Avropa Birliyi fərdi məlumatların ötürülməsi qaydalarını sərtləşdirir Mart 13, 2015 | 12:08 / Mühüm hadisələr

Fərdi məlumatların mühafizəsi məsələsində Avropa Birliyinin (AB) mövqeyi ABŞ-dan xeyli fərqlənir. AB-nin hazırladığı qanun layihəsi ABŞ şirkətlərinin Avropa istifadəçilərinin məxfi məlumatları ilə iş şərtlərini tamamilə dəyişdirə bilər. Yeni qanun AB-nin ayrı-ayrı ölkələrində qüvvədə olan şəxsi həyatın qorunması haqda bir çox müxtəlif qanunları əvəz etmək üçün nəzərdə tutulub.
 
ictnews elektron xəbər xidməti bildirir ki, qanun layihəsinə əsasən, istənilən fərdi məlumatların üçüncü şəxslərə ötürülməsi yalnız istifadəçilərin aydın ifadə edilmiş razılığı halında mümkündür. Bundan başqa, ayrı-ayrı şəxslərə açıq məlumatlardan arzuolunmaz məlumatların çıxarılmasını tələb etməyə imkan verən “Right to be forgotten” hüququnun tətbiqi genişləndirilməlidir. Avropa Məhkəməsi 2014-cü ildə “Right to be forgotten” hüququnu qanuni olaraq təsdiq edib. İndi layihə Avropa Birliyinə üzv ölkələrdə müzakirə mərhələsindədir, qanunun qəbulu üçün onun tərəfdarları bir sıra siyasi maneələrin öhdəsindən gəlməli olacaqlar.
 
Avropa hakimiyyəti, həmçinin AB və ABŞ arasında təhlükəsiz liman adlanan razılaşmanın ləğvi imkanını nəzərdən keçirir. Sözügedən razılaşma ABŞ şirkətlərinə avropalı müştərilərin məlumatlarını toplamağa imkan verir. Avropa parlamenti və Almaniyanın tənzimləmə orqanları razılaşmanın ləğvinə çağırıblar və bu qərar istənilən an qüvvəyə minə bilər.
 
“TRUSTe” firmasının aparıcı məsləhətçisi Debra Farber bildirib ki, avropalıların bütün bu təşəbbüsləri ABŞ-ın yüksəktexnologiyalı şirkətləri üçün ciddi problem yaradır.
 
AB-nin bu sahədəki siyasətinin əlaqələndirilməsi üzrə aparıcı şəxs Avropada fərdi məlumatların mühafizəsi üzrə inspektor Covanni Buttarellidir. Bu yaxınlarda verdiyi müsahibəsində o, ABŞ prezidenti Barak Obamanın şəxsi həyatın qorunması üzrə avropalıların hərəkətini AB şirkətlərinin kommersiya maraqlarını qorumaq arzusunu diktə etmək iddiası ilə razılaşmayıb.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı