Levitasiya edən ən maraqlı devayslar Mart 12, 2015 | 03:00 / Maraqlı məlumatlar

Elmdə əldə olunan nailiyyətlər əvvəllər fantaziyaçı-müəlliflərin ən yaxşı ideyası olan innovativ texnologiyaların getdikcə daha geniş tətbiqinə imkan verir. Levitasiyaya da yalnız fantastik filmlərdə rast gəlmək olurdu. Lakin bu gün levitasiya prinsipindən istifadə edən artıq bir çox maraqlı qurğular vardır ki, onları mağazadan da əldə etmək olar. 

zaqw.ru saytının məlumatına görə, dizayner Vadim Kabardinin hazırladığı kompüter siçanı xalçanın və ya masanın üzərində hərəkət etdirməli olduğumuz siçandan fərqli olaraq, havada asılı vəziyyətdə qalır və uçan kompüter siçanı adına iddialıdır. Cihaz yazı masasında quraşdırılan xüsusi maqnit platformanın üzərində asılaraq qalır. Futurist konstruksiya öz orijinallığına görə təkcə göz oxşamır, həm də adi siçandan uzun müddət istifadə zamanı yaranan “tunel sindromu”nun (bilək sinirlərinin sıxılması) yaranmasının qarşısını almış olur.

Digər ixtira isə Cloud Sofa adlanır ki, burada söhbət qeyri-adi divandan gedir. Bu ixtiranın konstruksiyasının əsasında da maqnit levitasiyası durur. Bu divanda dincələn hər bir kəs özünü cizgi film qəhrəmanı və ya yumşaq buludun üzərində oturmuş mələk kimi hiss edəcək. Cloud Sofa-nın konstruksiyası iki hissədən ibarətdir – bulud şəkilli bəyaz döşəkcə və döşəmədə quraşdırılmış platforma. Hələ ki, bu, yaxşı konseptdir, amma 2016-cı ilə kimi  uçan divanın güclü maqnit sahəsinin insan sağlamlığına təsiri sınaqdan keçiriləndən sonra satışa çıxarılması nəzərdə tutulub. 

Hollandiyanın “Crealev” firması da öz məhsullarının dizaynına levitasiya elementlərini əlavə etmək qərarına gəlib. Belə ki, şirkət orijinal stolüstü lampa seriyasını buraxıb. İşıqlandırıcı qurğuların üst hissəsi əsas hissədən havada asılı olaraq qalır. 

Levitasiya prinsipinə əsaslanan bu ixtiralar onu deməyə əsas verir ki, artıq çox yaxın gələcəkdə həqiqətən də fantastik ideyaların reallaşdığının şahidi olacayıq. Uçan divan, havada asılı qalan kompüter siçanı və s. kimi ağlasığmaz ixtiralar sivilizasiyanın simasını kökündən dəyişəcək.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı