“Elektron hökumət” üzrə qısamüddətli ixtisasartırma kursu təşkil edilir Mart 12, 2015 | 02:15 / Mühüm hadisələr

Martın 17-18-də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzində (MHM) jurnalistlər, bloqerlər və informasiya-kommunikasiya texnologiyaları ilə maraqlanan tələbələr üçün “Elektron hökumət” üzrə qısamüddətli ixtisasartırma kursu təşkil ediləcək.

Kursun proqramına “Elektron hökumət. Elektron hökumətin formalaşdırılması və inkişaf mərhələləri. Gələcək perspektivlər”, “Elektron hökumət sisteminə qoşulmanın texniki-funksional sxemi, elektron xidmətlərin portala inteqrasiya olunması”, “Elektron xidmətlərin mahiyyəti və hüquqi tənzimlənməsi”, “Elektron hökumətin informasiya və şəbəkə təhlükəsizliyi sistemi. Fərdi məlumatların mühafizəsi. Kibercinayətkarlığa qarşı mübarizə” və s. daxildir.

O cümlədən “Vətəndaşlar tərəfindən daha çox istifadə olunan e-xidmətlər, populyar e-xidmətlərin, e-arayışların real rejimdə nümayişi.  Praktiki iş”, “Yeni nəsil şəxsiyyət vəsiqələrinin mahiyyəti və əhəmiyyəti. E-xidmətlərin və e-imzanın kütləviləşməsində yeni nəsil şəxsiyyət vəsiqələrinin rolu”, “Elektron imza infrastrukturu. Elektron imza və ondan istifadə”, “Elektron hökumətin və elektronlaşma prosesinin inkişafında jurnalistlərin rolu” istiqamətlərində müzakirələrin aparılması nəzərdə tutulur.

Kursun sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.

ictnews.az

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı