SD-kart ölçüsündə kompüter Yanvar 08, 2014 | 11:26 / Texnoloji yeniliklər

“Intel” şirkəti CES’2014 sərgisində ikinüvəli SoC Quark bazasında SD formatlı yaddaş kartı ölçüsündə olan "Edison" “kompüter”ini təqdim edib. Pentium sinfindən fərdi komputer olan qurğu Wi-Fi və Bluetooth-u dəstəkləyir, Linux bazasında işləyir. 

tech.onliner.by saytının məlumatına görə, “Intel” “Edison” üçün xüsusiləşdirilmiş proqramlar mağazasını da açmağı planlaşdırır. Kompüter ayrıca qurğu kimi istifadə üçün nəzərdə tutulmayıb. Onu “əşyaların İnterneti” sistemi çərçivəsində daşınan elektronika (misal üçün, ağıllı saatlarda) və məişət texnikasına quraşdırmaq olar. 

Şirkət həmçinin 1,3 milyon dollar mükafat fondunun olduğu “Make It Wearable” müsabiqəsini də keçirəcəyini elan edib. Müsabiqəyə daşınan qurğuların təkmilləşdirilməsinə dair ən yaxşı ideyalar qəbul ediləcək. Qaliblərə 500 min dollar məbləğində mükafat veriləcək. 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı