Smartfonun sərf etdiyi enerji ilə sahibinin olduğu yeri təyin etmək mümkündür Mart 04, 2015 | 03:02 / Maraqlı məlumatlar

Android-smartfon sahiblərinin əksəriyyətinin fikrincə, olduqları yer haqqında proqramlara və əməliyyat sisteminə informasiyanın ötürülməsini qadağan etməklə təhlükəsizliyi təmin etmək olar. İsrail və Amerika tədqiqatçılarından ibarət qrup qurğunun batareyasının sərf etdiyi enerji barədə məlumatlardan istifadə edərək smartfonun sahibini izləməyə imkan verən metod müəyyənləşdirməklə qeyd olunan üsulla təhlükəsizliyi təmin etməyin mümkün olmadığı qənaətinə gəliblər.

dailytechinfo.org saytının məlumatına görə, məkanın təyini texnologiyası cərəyanın miqdarını yüksək dəqiqliklə ölçür. Sistemin sərf etdiyi enerji ən yaxın mobil stansiyaya qədər olan məsafə, telefon və qüllə arasında maneələrin mövcudluğu və digər amillərdən asılıdır.

Tədqiqatçılar sərf olunan enerjinin miqdarını mobil əlaqə sistemi ilə əldə etməyə imkan verən bir sıra alqoritmlər hazırlayıblar. Bu metod sayəsində “bədniyyətli” proqramın smartfon istifadəçilərinin olduqları yeri izləməsi mümkündür. Proqram üçün yalnız smartfonun sərf etdiyi enerji haqqında məlumatlar və şəbəkəyə giriş imkanı tələb olunur. İzləmə texnologiyasının iş prosesi Android əməliyyat sistemi ilə işləyən Nexus 4 smartfonunda ixtisaslaşdırılmış PowerSpy proqramının köməyi ilə nümayiş etdirilib. Lakin tədqiqatçılar iddia edirlər ki, bu kimi casus proqramlar iOS-u dəstəkləyən iPhone smartfonları üçün də təhlükə törədə bilər.

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı