Smartfonları enerji ilə təmin edən mebellər istehsal olunur Mart 02, 2015 | 03:33 / Texnoloji yeniliklər

IKEA öz mebellərinə simsiz enerjidoldurma funksiyası inteqrasiya edir

İsveçin məşhur IKEA mebel şirkəti müxtəlif qadjetləri enerji ilə təmin etmək üçün naqilsiz enerjidoldurma funksiyasına malik mebel əşyalarını təqdim edib. Şirkət Barselonada keçirilən MWC sərgisində jurnal stolları, yemək və iş masaları, yataq otağı uçün tumbalar, həmçinin lampalar və s. kimi  əşyaları nümayiş etdirib.

İstifadəçilər öz mobil qurğularını IKEA-nın istehsalı olan mebelin üzərinə qoymaqla enerji ilə təmin edə biləcəklər.

Enerjidoldurma maqnit induksiyası prinsipi üzrə həyata keçirilir və məşhur QI standartını dəstəkləyir. Buna görə də IKEA texnologiyasından müxtəlif qurğulara malik istifadəçilər yararlana biləcəklər.

hitech.newsru.com saytının bildirdiyinə görə, İsveç şirkəti bu kimi mebel əşyalarının satışına bu ilin aprel ayında başlayacaq. Böyük Britaniyada belə mebel 30 funt-sterlinq (46 ABŞ dolları) dəyərində olacaq.

 

İŞ FƏALİYYƏTİNİZƏ BİZİMLƏ BAŞLAYIN!
Ətraflı
BİZİM YARADICI VƏ ÖZÜNƏMƏXSUS İDEYALARIMIZA ETİBAR EDİN!
Ətraflı
ƏLVERİŞLİ QİYMƏTLƏRƏ KEYFiYYƏTLİ VƏ RƏNGARƏNG NƏŞRİYYAT İŞLƏRİ!
Ətraflı
İT BİLİKLƏRİNİZİ İNKİŞAF ETDİRƏRƏK KARYERANIZI DƏYİŞİN!
Ətraflı
ZƏNGİN E-KİTABXANA XİDMƏTLƏRİ!
Ətraflı